Boya sökücü  - KU9001

Köhnə boya və lak örtüklərini, o cümlədən mürəkkəb səthlərə malik materialların əlçatmaz yerlərini tez təmizləmək üçün ən yaxşı məhsuldur. Ənənəvi mexaniki üsullardan fərqli olaraq, səthə zərər vermə riski olmadan örtüklərin çıxarılmasını təmin edir. Əsasən qeyd olunan tərkibli boya və laklara təsir göstərir (yağ əsaslı, alkid, nitroselüloz, akril, melamin-alkid və s.). Toz tərkibli boyalar istisna təşkil edir. Boya işlərindən öncə köhnə boyadan təmizlənmiş səth yağdan təmizlənməlidir. Səthi yağdan təmizləmək üçün “KUDO Yağ Təmizləyici” məhsulundan istifadə etmək tövsiyə olunur. 

Qabın həcmi  520 ml